Canni de Byazi Azərbaycan millisində qaldı
Canni de Byazi Azərbaycan milli komandasının baş məşqçisi postunda qalıb. Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Qurum italiyalı mütəxəssisin müqaviləsinin uzadılmasını məqsədəuyğun sayıb. De Byazi daha bir seçmə mərhələdə – AVRO-2024-ün oyunlarında millinin sükanı arxasında olacaq. Bu matçlar 2023-cü ildə keçiriləcək.
Qeyd edək ki, de Byazi 2020-ci ilin iyulundan millimizin baş məşqçisidir.