Canni de Byazi: “AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”

Canni de Byazi: “AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”

Yığmamız növbəti yoxlama matçını keçirib. Millimiz Şimali Makedoniyanın qonağı olub.

Görüş komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra baş məşqçimiz Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Təəssüf ki, ilk 15 dəqiqə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxş oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu. Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.

ETOPAZ

Əvvəlki yazı

Millimizdən ardıcıl 5-ci qələbə

Növbəti yazı

Ekvador qələbə ilə başladı