Campolo A seriyasına qayıdır
İtaliyanın “Spezia” klubunda baş məşqçi dəyişikliyi gözlənilir. Klub rəhbərliyi Tyaqo Mottanı istefaya göndərməyə hazırlaşır.
39 yaşlı mütəxəssisin yetirmələri 19 turdan sonra A seriyasında 17-ci pillədə qərarlaşıb. Əgər Motta dekabrın 31-dən sonra vəzifəsindən göndərilsə, ona kompensasiya ödənilməyəcək.
“Speziya” onu əvəzləyəcək məşqçini də müəyyənləşdirib. “Torino” və “Milan”a rəhbərlik etmiş Marko Campaoloya müqavilə təklif olunub. Anlaşma sonradan bir uzadıla bilmə şərti ilə 2023-cü ilədək nəzərdə tutulub.