“Çalsi” Amorimlə danışıqlara başladı
“Çelsi” baş məşqçi axtarışlarını davam etdirir. İngiltərə klubu Ruben Amorimlə danışıqlara start verib.
Klub rəhbərliyi “Sportinq”in çalışdırıcısını yayda gətirmək istəyir. Onadək daha 4 mütəxəssislə danışıqlar aparan londonlular daimi baş məşqçi təyin etməyi planlaşdırır.
Amorim 2020-ci ildən “Sportinq”i çalışdırır. 38 yaşlı mütəxəssis komandanı Portuqaliya çempionu edib.
Qeyd edək ki, hazırda komandaya müvəqqəti çalışdırıcı Frenk Lempard rəhbərlik edir.