Çalhanoğlu A seriyasında ən yaxşı seçildi

Çalhanoğlu A seriyasında ən yaxşı seçildi

İtaliya A seriyasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib. “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu ada layiq görülüb.

Reytinq “Stats Perform” adlı statistik məlumatlara əsasən tərtib edilib. Türkiyə millisinin üzvü ötən ay “Milan”, “Napoli”, “Venesiya” və “Speziya” ilə oyunlarda ümumilikə 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Çalhanoğlu A seriyasının XVII turu çərçivəsində dekabrın 12-də evdə “Kalyari” ilə keçiriləcək oyundan əvvəl mükafatını alacaq.

ETOPAZ

Əvvəlki yazı

Vialli “Sampdoriya”nın prezidenti olur

Növbəti yazı

14 ildə ilk dəfə