Çalhanoğlu 5,5 milyon qazanacaq

Çalhanoğlu 5,5 milyon qazanacaq

Hakan Çalhanoğlunun taleyinə aydınlıq gəlib. 29 yaşlı yarımmüdafiəçi “İnter”də qalacaq.

O, İtaliya klubu ilə yeni müqavilə imzalayacaq. Anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulacaq.

Hakan ildə 5,5 milyon avro qazanacaq. O, 500 min bonus da əldə edə bilər.

Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, 2021-ci ildən Milan təmsilçisində çıxış edir.

Qeyd edək ki, Hakan mövsümün 32 matçında 3 qol və 6 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo ən yaxşı seçildi

Növbəti yazı

11 aydan sonra ev məğlubiyyəti