Caka “Milan”ın hədəfində
“Bayer”in yarımmüdafiəçisi Qranit Caka karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. “Milan” isveçrəli futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
32 yaşlı oyunçu özü rossonyerilərə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, “Bayer” Qranit Cakanı 2023-cü ilin yayında “Arsenal”dan transfer edib.