Caber ilk dəfə
Dünyanın beşinci raketkası Ons Caber “US Open”in dördüncü raundunda Veronika Kudermetova ilə qarşılaşıb. Tunisli tennisçi qalib gəlib – 7:6, 6:4.
İlk setdə Kudermetova 5:3 hesabı ilə öndə olsa da, sonradan Caber oyunu xeyrinə dəyişməyi bacarıb. Nəticədə Tunis təmsilçisi bundan əvvəl Kudermetovaya üç görüşdə uduzsa da, bu səfər bir set belə itirmədən qələbə qazanıb.