Cəlal oynadı, komandası məğlub oldu
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununa çıxıb. Onun çıxış etdiyi “Arda” səfərdə “Lüdoqorets”in qonağı olub.
3-cü tur çərçivəsində keçirilən qarşılaşma Bolqarıstan çempionunun böyükhesablı qələbəsi ilə yekunlaşıb. Cəlalın komandası 1:5 hesabı ilə uduzub. Start heyətində yer alan Hüseynov 37-ci dəqiqədə sarı vərəqə ilə cəzlandırılıb.
“Arda” 3 turda 2-ci dəfə məğlub olub. “Lüdoqorets” isə keçirdiyi 2-ci oyunu da qələbə ilə başa vurub.