Cəlal Hüseynovun komandasından qələbə

Cəlal Hüseynovun komandasından qələbə

Cəlal Hüseynov UEFA Konfrans Liqasında mərhələ adlayıb. Onun çıxış etdiyi “Arda” (Bolqarıstan) HİK-i (Finlandiya) mübarizədən kənarlaşdırıb.

Komandalar arasında keçirilən hər iki oyun heç-heçə başa çatıb – 0:0, 2:2. Yekunda qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Cəlalın komandası III mərhələyə yüksəlib.

Millimizin müdafiəçisi Finalndiyada keçirilən cavab matçının start heyətində yer alıb. Hüseynov 120 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Arda” növbəti mərhələdə “Kauno Jalgiris” (Litva) – “Valur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” inamlı qələbə ilə III mərhələdə

Növbəti yazı

“Araz-Naxçıvan” növbəti mərhələdə