Cəlal Hüseynovlu “Arda” məğlub oldu
Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov mövsümə start verib. O, Bolqarıstan çempionatının ilk turunda meydana çıxıb.
Həmyerlimizin çıxış etdiyi “Arda” səfərdə “Lokomotiv”in qonağı olub. Plovdivdə keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol 41-ci dəqiqədə vurulub. Start heyətində yer alan Cəlal sona 8 dəqiqə qalmış əvəzlənib.
Qeyd edək ki, Hüseynovun komandası növbəti turda “Krumovqrad”la üz-üzə gələcək.