Byelsa “Everton”un sahibi ilə görüşdü
“Everton”un baş məşqçisi postuna əsas namizəd müəyyənləşib. Frenk Lempardı istefaya göndərən İngiltərə klubu Marselo Byelsanın xidmətində maraqlıdır.
Liverpul təmsilçisinin sahibi Farhad Moşiri “Lids”in sabiq çalışdırıcısı ilə görüşüb. O, Byelsanın baş məşqçi təyin olunmasının tərəfdarıdır.
“Everton” Premyer Liqada uğursuz mövsüm keçirir. Liverpullular turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.