Busqets Ərəbistan yolunda
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı Kriştiano Ronaldonun ardınca daha bir səs-küylü transferə imza atmaq istəyir. Paytaxt komandası yay transfer dönəmində İspaniya “Barselona”sının kapitanı Serxio Busqetsi heyətə cəlb etməyi planlaşdırır.
“Əl-Nəsr” futbolçuya 13 milyon avro illik maaş təklif edib. 34 yaşlı ispan oyunçunun bu təklifə nə cavab verəcəyi hələlik bəlli deyil. Busqetsin kataloniyalılarla müqaviləsi mövsümün sonunda başa çatır.