Buskets Messinin dünya çempionu olmasını istəyir
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets dünya çempionatı ilə bağlı danışıb. O, PSJ-nin hücumçusu Lionel Messi ilə dostluğu ilə bağlı düşüncələrini də bölüşüb.
Orta xətt oyunçusu Argentina millisinin Qətərdə yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib:
“Messi Argentina ilə bu turnirdə qalib gəlməlidir. O, yığma ilə Amerika Kubokunu da qazanıb. Ümid edirəm ki, Lionel, milli komandasının oyunçusu olduğu müddətdə bunu bacaracaq. O, mənim dostum, dünyanın isə ən yaxşı oyunçusudur”.