Buskets karyerasını başa vurur
“İnter Mayami”nin futbolçusu Serxio Buskets mövsümün sonunda karyerasını başa vuracaq. 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında açıqlama verib.
O, MLS-də bu ilin sonunda yekunlaşacaq mövsümlə birlikdə futbolçu karyerasına nöqtə qoyacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Buskets 2008–2023-cü illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub.












