Buskets “İnter Mayami”də

Buskets “İnter Mayami”də

“Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsin yeni klubu bəlli olub. O, karyerasını “İnter Mayami”də davam etdirəcək.

Bunu amerikalıların mətbuat xidməti açıqlayıb. Klub sosial şəbəkədə baş məşqçilər Visente Del Boske və Xavi, “Barselona”nın sabiq futbolçuları Xuan Roman Rikelme və Lionel Messi, eləcə də “Real”ın yarımmüdafiəçisi Luka Modriçin Buskets haqqında açıqlamalarını əks etdirən video ilə futbolçunu təqdim edib.

Buskets “İnter Mayami”yə azad agent kimi keçəcək. Onun kataloniyalılarla hazırkı müqaviləsi iyunun 30-da başa çatır.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” satmır, “Mançester Yunayted” vaz keçmir

Növbəti yazı

“İnter” 6 milyon avro təklif edir