Buskets 3 həftə oynamayacaq
“Barselona” itki ilə üzləşib. İspaniya klubunun futbolçusu Serxio Busketsin durumuna aydınlıq gəlib.
35 yaşlı yarımmüdafiəçi üç həftəlik sıradan çıxıb. O, La Liqanın XX turunun “Sevilya” ilə görüşündə zədələnib.
Buskets matçın 4-cü dəqiqəsində zədə aldığı üçün meydanı tərk edib. Onun yoxluğunda komandası 3:0 hesablı qələbə qazanıb.