Busketsə ABŞ-dan təklif

Busketsə ABŞ-dan təklif

“Barselona”nın futbolçusu Serxio Buskets karyerasını MLS-də davam etdirə bilər. İspaniyalı yarımmüdafiəçi ABŞ-ın bir neçə klubunun maraq dairəsindədir.

Şimali amerikalılar hələ ötən yaydan onu heyətində görmək istəyir. Serxio 2021-ci ildə bu təklifləri qəbul etməyib. Lakin MLS təmsilçiləri ispaniyalını razı salmaq fikrindən daşınmayıb.

Devid Bekhemin sahibi olduğu “İnter Mayami” Busketsi əsas müştərilərindən sayılır. 33 yaşlı futbolçu “Barselona” karyerasında 663 matçda 16 qol vurub. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Klivlend” Rondosuz qaldı

Növbəti yazı

Norri finala vəsiqə qazandı