Bundesliqada yeni rekord

Bundesliqada yeni rekord

“Bavariya” Bundesliqanın Dortmund “Borussiya”sı ilə ilə oyununda 4:0 hesablı qələbə qazanıb. Səfərdəki darmadağında Harri Keyn üç qol vurub.

Münhen klubunun futbolçusu bununla da yeni rekorda imza atıb. O, Bundesliqa tarixinə ilk 10 matçda ən çox qol vuran oyunçu kimi düşüb.

İngiltərəli forvard artıq 15 dəfə fərqlənib. O, 1963/64 mövsümündə 10 oyunda 13 qol vuran Klaus Matişakı keçib. Sonuncu “Şalke”də belə məhsuldarlıq göstərib.

ETOPAZ

Əvvəlki yazı

Finalın vaxtı dəyişdirildi

Növbəti yazı

Tarixdə 14-cü