Bundesliqada vida
“Herta” Bundesliqanı tərk edəcək. Berlin klubu 2023/24 mövsümündə 2-ci Bundesliqada başlayacaq.
Bu, cari çempionatın 33-cü turunda rəsmiləşib. Pal Dardainin yetirmələri “Bohum”la heç-heçə edib – 1:1. Autsayderin hesabında 26 xal var.
Qeyd edək ki, “Herta” sonuncu dəfə 2012/13 mövsümündə aşağı liqada oynayıb.