Bundesliqada istefa
“Hoffenhaym” baş məşqçisi Sebastyan Henessi istefaya göndərib. Buna komandanın uğursuz nəticələri səbəb olub.
Bundesliqada mövsümü 9-cu yerdə başa vuran klubun tutduğu mövqe rəhbərliyi qane etməyib. Çempionatın gedişində Çempionlar Liqasına iddia edən “Hoffenhaym” finişdə istənilən nəticələri qazana bilməyib.