Bundesliqada istefa
Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. “Hoffenhaym” Pelleqrino Materatsonu istefaya göndərib.
Buna komandanın uğursuz nəticələri səbəb olub. Hazırda “Hoffenhaym” 10 oyundan sonra 9 xalla Bundesliqanın turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, mütəxəssis 2023-cü ilin fevralından bu postu tuturdu.