Bundesliqada ayın futbolçusu bəlli oldu
Bundesliqada ayın futbolçusu bəlli olub. Bu ada “Bayer”in yarımmüdafiəçisi Florian Virtz layiq görülüb.
O, fevralda ölkə çempionatında 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi səsvermədə komanda yoldaşları Alexandro Qrimaldo, Ceremi Frimponq, həmçinin Kevin Şteqer (“Bohum”), Harri Keyn (“Bavariya”) və Xavi Simonsu (“RB Leypsiq”) qabaqlayıb.