Bundesliqada 33-cü, ardıcıl 11-ci çempionluq
Almaniya Bundesliqasında çempion müəyyənləşib. Qızıl medallar son turda sahibini tapıb.
33 turdan sonra 70 xalla lider olan Dortmund “Borussiya” evdə keçirdiyi həlledici görüşdə “Mayns”i uda bilməyib – 2:2. Səfərdə “Köln”ü 2:1 hesabı ilə məğlub edən “Bavariya” əsas rəqibinə çatıb.
Hər iki komanda mövsümü 71 xalla başa vursa da, əlavə göstəricilər Münhen klubuna çempionluq gətirib. Bu, “Bavariya”nın tarixində 33-cü, ardıcıl 11-ci çempionluğudur.