Bundesliqa klubundan Qvardiol qərarı

Bundesliqa klubundan Qvardiol qərarı

“Leypsiq”in futbolçusu Yoşko Qvardiolla bağlı qərarı bəlli olub. 21 yaşlı müdafiəçi bu yay satılmayacaq.

Almaniya klubu xorvatiyalı istedadı daha bir mövsüm heyətində saxlamağa üstünlük verib. “Real”, “Mançester Siti” və “Liverpul” kimi nəhənglərin hədəfində olan Yoşko 2024-cü ilin yayından tez satılmayacaq.

Arxa xətt oyunçusunun 2021-ci ildən çıxış etdiyi Bundesliqa klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. Hazırda onun qiyməti 75 milyon avro ilə dəyərləndirilir. Qvardiol mövsümün 32 matçında 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Milan”da Leao planı

Növbəti yazı

Tompsonla Karri 3-cü dəfə “250”ni fəth