Bundesliqa klubunda niderlandlı hücumçu
“Mayns” heyətinə yeni hücumçu qatıb. Bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Bundesliqa təmsilçisi Anvar El-Qazi ilə müqavilə imzalayıb. 28 yaşlı niderlandlı ilə anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, yeni klubuna azad agent kimi keçib. El-Qazi ötən mövsüm PSV-də çıxış edib. Hücumçu 32 oyunda 10 qol vurub.