Bundesliqa klubunda baş məşqçi dəyişikliyi
Almaniya klubu “Herta”nın yeni baş məşqçisi müəyyənləşib. Bundesliqa təmsilçisi türkiyəli Tayfun Korkuta həvalə olunub.
Uğursuz çıxışın ardından Pal Dardai və köməkçiləri ilə yollarını ayıran Berlin klubu 47 yaşlı çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Onun köməkçisi isə xorvatiyalı İlya Araçiç təyin olunub.
Tayfun Korkut məşqçi karyerasında Almaniyada “Hannover”, “Kayzerslautern”, “Bayer” və “Ştutqart”da işləyib. “Herta” isə 13 turda topladığı 14 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.