Bulku “Barselona”nın hədəfində
“Barselona” yeni qolkiper transfer etməyi planlaşdırır. Kataloniya təmsilçisinin rəhbərliyi Mark-Andre ter Ştengenə əvəzedici axtarır.
İspaniya nəhəngi “Nitsa”nın futbolçusu Marçin Bulkunu heyətinə qata bilər. Tərəflər arasında danışıqlara start verilib.
25 yaşlı qapıçının “Nitsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Marçin PSJ, “Kartaxena”, “Şatoru” komandalarının qapısını qoruyub.