Buffondan uğurlu start
Canluici Buffonun oğlu Lui Buffon A Seriyasında ilk oyununu keçirib.
17 yaşlı hücumçu VI turda “Piza” klubunun “Bolonya” ilə oyunun (0:4) 77-ci dəqiqəsində meydana daxil olub.
Bu, Luinin atasının A Seriyasında debütündən düz 30 il sonra baş verib.
Qeyd edək ki, Lui Buffon anasının xətti ilə Çexiya vətəndaşıdır və bu ölkənin yeniyetmələrdən ibarət yığmasında üç oyun keçirib.












