Buffona Səudiyyə Ərəbistanından təklif
Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanından təklif alıb. Adı açıqlanmayan klub “Parma”nın qapıçısı Canluici Buffonun xidmətində maraqlıdır.
Təklif olunan müqavilə 2 il və 30 milyon avro üçün nəzərdə tutulub. 45 yaşlı italiyalı düşünməyə vaxt istəyib. Onun “Parma” ilə sözləşməsi 2024-cü ilə qədərdir.