Buffon ən yaxşı seçildi
IFFHS dünyanın ən yaxşı qapıçılarının siyahısını təqdim edib. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası öz seçimini 1987-ci ildən bəri tərtib etdiyi ilin ən yaxşı qapıçıları cədvəlinə görə əsaslandırıb.
Xallar bu göstəricilərə görə verilib: qolkiper hansısa ildə birinci yeri tutubsa, 20 xal, 2-ci pillədə qərarlaşıbsa, 19 xal, 3 – 18 və s. Siyahıya Cianluici Buffon başçılıq edir:
- Cianluici Buffon – 357 xal
- İker Kasilyas – 260
- Manuel Noyer – 219
- Petr Çex – 218
- Edvin van der Sar – 201
- Peter Şmeyxel – 179
- Oliver Kan – 162
- Tibo Kurtua – 150
- Xose Luis Çilavert – 146
- Valter Zenqa – 132