Budimir rekordçu oldu

Budimir rekordçu oldu

Ante Budimir “Osasuna”nın tarixinə düşüb. 33 yaşlı xorvatiyalı hücumçu Pamplona təmsilçisinin La Liqadakı ən yaxşı bombardiri olub.

Bu rekord XXVI turun “Valensiya” ilə görüşündə qeydə alınıb. 3:3 hesabı ilə bitən görüşdə fərqlənən Budimir “Osasuna”da 58-ci qolunu vurub. O, Sabinoya məxsus rekordu arxada qoyub.

Qeyd edək ki, Budimir 2020-ci ildən “Osasuna”da çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

XXV turun təyinatları bəlli oldu

Növbəti yazı

Ramos debüt qolunu vurdu