Bruno Fernandeşdən yeni uğur

Bruno Fernandeşdən yeni uğur

Bruno Fernandeş “Mançester Yunayted”in heyətində Premyer Liqadakı assist sayını 50-yə çatdırıb. Portuqaliyalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın tarixində Premyer Liqada 50 və daha çox məhsuldar ötürmə edən 6-cı futbolçu olub.

O, 5-ci sıradakı Erik Kantonadan 1 assist geri qalır. Rekord isə Rayan Giqqzə məxsusdur – 162. Ueyn Runinin 93, Devid Bekhemin 80, Pol Skoulzun 55 assistə malikdirlər.

Qeyd edək ki, Brunu “Lester”lə dünən keçirilən oyunda (3:0) qol və 2 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” tarixi rekorda şərik çıxdı

Növbəti yazı

“Barselona”nın matçının tarixi bəlli oldu