“Bruklin”dən tarixi nəticə
“Bruklin” “Qolden Steyt”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 143:113 hesablı qələbə qazanıb.
“Nets” bu oyunda bir neçə rekorda imza atıb. Komanda ilk yarıda 91:51 hesabı ilə öndə bitirib. Matçın 24 dəqiqəsi ərzində 91 xal yığılması klub tarixində yeni rekorddur. Bu, NBA tarixində 3-cü göstəricidir.
1990-cı ildə “Finiks” “Denver”lə görüşün ilk iki hissəsində 107, 2018-ci ildə “Qolden Steyt” “Çikaqo” ilə matçın yarısında 92 xal yığıb. “Bruklin” ilk 12 dəqiqədə 46:17 hesablı qələbə qazanıb. Bir hissədə 29 xallıq fərq NBA tarixində yeni rekorddur. İndiyədək heç bir hissədə belə fərq qeydə alınmayıb.