“Bruklin”də müqavilə
“Bruklin” heyətinə yeni basketbolçu qatıb. Kayzer Qeyts azad agent kimi “Nets”ə qoşulub.
25 yaşlı hücumçu Las-Veqasdakı Yay Liqasında da komandanın formasını geyinib. O, 2018-ci ilin draftında seçilməyib. Sonradan Kayzer G-liqasında çıxış edib.
Qeyd edək ki, Qeyts ötən mövsüm “Hapoel Yerusəlim”in formasını geyinib.