“Bruklin”də fövqəladə toplantı
“Bruklin”in basketbolçuları fövqəladə iclas keçirib. Qapalı toplantının təşkilinə səbəb ardıcıl 4-cü məğlubiyyət olub.
“İndiana”ya 116:125 hesabı ilə uduzan “Nets”in oyunçuları durumu müzakirə edib. Yalnız basketbolçuların qatıldığı toplantıda acınacaqlı durumdan çıxış yolları müzakirə olunub.
Qeyd edək ki, “Bruklin” ilk 6 matçda cəmi 1 qələbə qazanıb.