“Bruklin” İrvinqlə danışıqları dayandırdı
“Bruklin” ulduz basketbolçusu Kayri İrvinqlə yeni müqavilə ilə bağlı danışıqları dayandırıb. Buna oyunçunun məşq və oyunlardan kənarlaşdırılması səbəb olub.
Klub rəhbərliyi vaksinasiyadan imtina edən basketbolçunun hazırlıq və matçlarda iştirakına ehtiyac duymayıb. İrvinq koronavirus pandemiyası ilə əlaqədar qaydalara görə ev qarşılaşmalarında iştirak hüququna malik deyil.
Kayrinin “Bruklin”lə 4 illik müqaviləsi var. Qarşıdakı mövsüm əməkdaşlığını 3-cü ili olacaq.