“Bruklin” “Filadelfiya”ya rəqib oldu
NBA-da daha bir komandanın mövqeyi bəlli olub. “Bruklin” müntəzəm çempionatı Şərq konfransında 6-cı bitirib.
“Nets” “Orlando” üzərində qələbə qazanıb – 101:84. Bu, 36 məğlubiyyəti olan komandanın 45-ci qalibiyyətidir.
Bununla da “Bruklin” 6-cı yeri təmin edərək pley-offdakı rəqibini tanıyıb. “Nets” “Filadelfiya” ilə üz-üzə gələcək. 53 qələbə və 28 məğlubiyyəti olan “Siksers” konfransda 3-cü yeri tutub.