Broya “Napoli”nin hədəfində
“Çelsi”nin hücumçusu Armando Broya karyerasını A Seriyasında davam etdirə bilər. İcarə əsasında “Sauthempton”da çıxış edən futbolçu ilə “Napoli” maraqlanır.
İtaliya klubu yayda “Çelsi”yə qayıdandan sonra Broya ilə müqavilə imzalamağı düşünür. Futbolçunun londonlularla sözləşməsi iyunda başa çatır.
Qeyd edək ki, 20 yaşlı albaniyalı bu mövsüm Premyer Liqada 30 oyunda 6 qol vurub.