Brodrik “Klivlend”də qaldı
“Klivlend” basketbolçusu Brodrik Tomasla bağlı qərarını verib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Klub rəhbərliyi 24 yaşlı hücumameylli müdafiəçini heyətində saxlayıb. 196 sm boya malik oyunçu ilə ikitərəfli müqavilə imzalanıb.
Tomas bu ilin fevralında “Kavalyers”ə keçib. O, 28 oyunda orta hesabla 4,1 xal toplayıb.