“Brest”dən böyük qazanc

“Brest”dən böyük qazanc

Çempionlar Liqasındakı uğurlu startı “Brest”ə böyük qazanc gətirib. Fransa klubu illik büdcəsinin 8,75 faizini əldə edib.

Liqa1 təmsilçisinin büdcəsi cəmi 48 milyon avrodur. “Brest” ilk iki turda qələbə qazanmaqla 4,2 milyona sahib çıxıb.

Bu, həm də klubun bütün futbolçularının yarım illik maaş fonduna bərabərdir. “Brest”in oyunçularının aylıq maaşlarının cəmi 700 min təşkil edir.

Qeyd edək ki, “Brest” “Şturm”a 2:1, “Zalsburq”a 4:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Levandovski “35”ə çatdı

Növbəti yazı

Alleqri “Mançester Yunayted” yolunda