“Brentford”da yeni müdafiəçi
“Brentford” heyətini daha bir oyunçu ilə gücləndirib. Klub “Bolonya” və Şotlandiya millisinin müdafiəçisi Aaron Hikkini transfer edib.
Tərəflər arasında 4 il müddətinə müqavilə imzalanıb. Keçidin dəyəri bonusla birlikdə 22 milyon avro olub.