Brekalo A seriyasında

Brekalo A seriyasında

“Fiorentina” heyətinə yeni futbolçu qatıb. İtaliya klubu Yosip Brekalonu transfer edib.

Forvard “Volfsburq”dan keçib. A seriyası təmsilçisi onunla 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Onun illik qazancı 1,6 milyon avro olacaq.

Brekalo “Fiorentina”ya pulsuz keçib. Amma onun növbəti transferindən 10 milyon avro “Volfsburq”a çatacaq.

e-Topaz

Əvvəlki yazı

Dembele zədələndi

Növbəti yazı

100-cü oyun