Braziliyalı oyunçu Avropa klublarının maraq dairəsində
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş Avropa nəhənglərinin maraq dairəsindədir. Artıq 3 klub 24 yaşlı oyunçunu heyətinə cəlb etməyi planlaşdırır.
Bunlar “Real”, “Çelsi” və “Liverpul”dur. Ancaq “sağsağanlar” aparıcı futbolçusunu satmaq istəmir. Gimaraynşa 2026-cı ilə qədər qüvvədə olan müqavilənin uzadılması təklif edilib. Braziliyalı buna razılıq versə, maaşı ikiqat artırılacaq.
Qeyd edək ki, Bruno Gimaraynş “Nyukasl”ın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.