Braziliyalı hücumçu “Əl-Əhli”də
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu heyətini yeni hücumçu ilə gücləndirib. Komanda braziliyalı Rikardo Matias da Silvanın keçidini rəsmiləşdirib.
19 yaşlı forvardla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçu buna qədər vətənində “İnternasional”ın şərəfini qoruyub.










