Braziliyalı futbolçu yenidən “Çelsi”də
“Çelsi” heyətini icarədə olan futbolçusu ilə gücləndirib. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Braziliyalı yarımmüdafiəçi Kenedini komandaya qayıdıb. “Flamenqo”da icarədə olan futbolçu vaxtından əvvəl geri çağırılıb. 25 yaşlı braziliyalı ötən ilin avqustunda yollandığı Rio-de-Janeyro təmsilçisində 18 matçda 1 qola imza atıb. Kenedi bunadək “Qranada”, “Xetafe”, “Nyukasl” və “Uotford”da da icarədə olub.