Braziliyada itki
Braziliya millisi itki ilə üzləşib. Pentakampeonların hücumçusu Qabriel Jezus DÇ-2022-ni başa vurub.
Forvard dizindəki zədə üzündən mundialın qarşıdakı görüşlərində forma geyinməyəcək. Qabriel qrup mərhələsinin son turunun Kamerunla matçında xəsarət alıb. Onun 2023-cü ilin yanvarında meydana qayıda biləcəyi gözlənilir.