Braziliya zirvədə qaldı, Azərbaycan 2 pillə irəlilədi 

Braziliya zirvədə qaldı, Azərbaycan 2 pillə irəlilədi

FİFA milli komandaların 2022-ci ildəki son reytinq siyahısını açıqlayıb. DÇ-2022, həmçinin yoldaşlıq oyunları müəyyən dəyişikliklərə səbəb olub.
Bu, Azərbaycan millisindən də yan ötməyib. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1151,82 xalla dünya sıralamasında 121-ci pillədə qərarlaşıb.
Yığmamız ötən reytinqlə müqayisədə 5,10 xal qazanaraq 2 addım irəliləyib. Yoldaşlıq oyunlarında Moldova (2:1) və Şimali Makedoniyaya (3:1) qalib gələn millimiz iki komandanı keçib.
Qardaş Türkiyə yığması 1465,38 xalla 44-cüdür. “Ay-ulduzlular” da bir pillə irəliləyib.
Braziliya 1-ci sıradakı yerini qoruyub – 1840,77. Dünya çempionu Argentina (1838,38) və vitse-çempionu Fransa (1823,39) hərəyə bir pillə irəliləyərək Belçikanı ilk “üçlük”dən sıxışdırıb.

1 (1). Braziliya – 1840.77
2 (3). Argentina – 1838.38
3 (4). Fransa – 1823.39
4 (2). Belçika – 1781.3
5 (5). İngiltərə – 1774.19
6 (8). Niderland – 1740.92
7 (12). Xorvatiya – 1727.62
8 (6). İtaliya – 1723.56
9 (9). Portuqaliya – 1702.54
10 (7). İspaniya – 1692.71

ETOPAZ

Əvvəlki yazı

Fernandez “Real”ın hədəfində

Növbəti yazı

Messi PSJ ilə müqaviləsini yeniləyəcək