Braziliya yığmasının heyəti açıqlandı

Braziliya yığmasının heyəti açıqlandı

Braziliya yığmasının yeni baş məşqçisi Karlo Ançelotti ilk heyətini açıqlayıb. İtaliyalı mütəxəssis hücum xəttində legioner həyatı yaşayan futbolçulara üstünlük verib.

Ançelotti 25 futbolçuya dəvət göndərib. Antoni və Kazemiro 2023-cü ildən sonra ilk dəfə milliyə çağırılıblar.

Braziliyalı yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador (6 iyun) və Paraqvay (10 iyun) komandaları ilə qarşılaşacaqlar.

Qapıçılar: Alisson (“Liverpul”, İngiltərə), Bento Krepski (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı), Huqo Sousa (“Korintians”);

Müdafiəçilər: Aleks Sandro (“Flamenqo”), Aleksandro (“Lill”, Fransa), Lukas Beraldo (PSJ, Fransa), Karlos Auqusto (“İnter”, İtaliya), Danilo (“Flamenqo”), Leo Ortiz (“Flamenqo”), Markinyos (PSJ, Fransa), Uonderson (Monako, Fransa), Uesli (Flamenqo).

Yarımmüdafiəçilər: Andreas Pereyra (“Fulhem”, İngiltərə), Andrey Santos (“Strasburq”, Fransa), Bruno Gimaraes (“Nyukasl”, İngiltərə), Kazemiro (“Mançester Yunayted”, İngiltərə), Ederson (“Atalanta”, İtaliya), Gerson (“Flamenqo”).

Hücumçular: Antoni (“Betis”, İspaniya), Estevan (“Palmeyras”), Martinelli (“Arsenal, İngiltərə), Mateus Kunya (Vulverhempton, İngiltərə), Rafinya (“Barselona”, ​​İspaniya), Riçarlison (“Tottenhem”, İngiltərə), Vinisius Junoir (“Real”, İspaniya).

ETOPAZ

Əvvəlki yazı

Qadın yığmamız 1/4 finalda

Növbəti yazı

Elçin Məsiyev pley-off oyununda