Braziliya və Çili final mərhələsində

Braziliya və Çili final mərhələsində

Bakıda keçirilən basketbolun 3×3 növü üzrə Dünya kubokunun seçmə mərhələsi başa çatıb. Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək final mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olub.

Kişilərin yarışında Monteneqro, Kanada və Böyük Britaniya bu uğura sevinib. Qadınların mübarizəsində Braziliya, Latviya və Çili Dünya kubokuna çıxıb.

Qeyd edək ki, Azərbaycan milliləri həm kişilərin, həm qadınların yarışında qrup mərhələsini adlaya bilməyib.

ETOPAZ

Əvvəlki yazı

Millimiz növbəti mərhələyə yüksəldi

Növbəti yazı

“Fənərbaxça” çempion oldu